Charlie Kirk-in qatilinin axtarışları davam edir – FTB silah tapıb
ABŞ-də Trampın yaxın müttəfiqi, siyasi fəal Charlie Kirk-in qətli ilə bağlı istintaq davam edir. Rəsmilərin məlumatına görə, Kirk Yuta ştatında universitetdə güllələnib. Şübhəlinin “kollec yaşında” olduğu, atışmadan sonra isə yaxınlıqdakı məhəlləyə qaçdığı bildirilir.
FTB hadisə ilə bağlı yüksək güclü tüfəngin tapıldığını açıqlayıb. Hüquq-mühafizə orqanları həmçinin meşəlik ərazidə “ayaqqabı izi və qol izləri” üzərində analiz aparır. Şübhəli şəxsin “yaxşı video görüntüləri” əldə edilsə də, hələlik kimliyi müəyyən edilməyib və görüntülər ictimaiyyətə təqdim olunmayıb. Daha əvvəl polisin saxladığı iki nəfər isə dindirildikdən sonra sərbəst buraxılıb.
Bu arada sabiq Prezident Donald Tramp yaxın silahdaşı Charlie Kirk-i ölümündən sonra “Prezident Azadlıq medalı” ilə təltif edəcəyini açıqlayıb.
BBC
Türkan Kərimli