Charlie Kirk-in qətlində şübhəli Tayler Robinson saxlanılıb
Rəsmilərin açıqlamasına görə, Charlie Kirk-in qətlində şübhəli bilinən Tayler Robinson ailə dostunun onu təslim etməsindən sonra tutulub.
Utah ştatının qubernatoru Spenser Koks açıqlamasında bildirib: “Biz onu ələ keçirdik”. O, şübhəlinin adını Tayler Robinson kimi açıqlayaraq əlavə edib ki, Robinson ailəsinin və yaxın dostunun köməyi ilə hüquq-mühafizə orqanlarına təhvil verilib.
Əvvəlki məlumatlarda Robinsonun atasına cinayəti etiraf etdiyi bildirilib. Qubernator Koks qeyd edib ki, ailə üzvlərindən biri Robinsonun son illərdə “daha siyasi” mövqelər sərgilədiyini və Charlie Kirk-i “sevmədiyini” söyləyib.
Hadisə yerində tapılan güllə gilizlərinin üzərində “Hey faşist! Tut!” kimi yazılar aşkar edilib.
Məlumata görə, Tayler Robinson Yuta ştatının cənub-qərbindəndir və Utah Valley Universitetinin tələbəsi deyil. Onun fotosu da yayılıb.
Qubernator Koks Robinson ailəsinə “düzgün addım atdıqları üçün” təşəkkür edib. FTB direktoru Kash Patel isə istintaqın cəmi 33 saat ərzində “tarixi irəliləyiş” əldə etdiyini bildirib. Hadisə ilə bağlı zaman qrafiki ictimaiyyətə təqdim olunub.
BBC
Türkan Kərimli