ChatGPT-də giriş problemi
Söhbət keçmişi açılmır, bot cavab vermir
Dünyanın müxtəlif bölgələrində olan istifadəçilər süni zəka söhbət aləti ChatGPT-yə giriş edə bilmədiklərini bildirir.
Hem veb, hem də mobil tətbiq üzərindən girişdə problem yaranır, söhbət keçmişi açılmır və bot cavab vermir.
2 mindən çox kəsinti xəbəri
Kəsintini izləyən Downdetector məlumatına görə, şikayət sayı 2 mini keçib və artır. İstifadəçilər söhbət ekranında yalnız öz yazdıqları sualları görə bilirlər, amma sistem cavab təqdim etmir.
OpenAI problemi təsdiqləyib.
OpenAI-nin rəsmi vəziyyət səhifəsində kəsinti ilə bağlı xəbərdarlıq edilib və problemin səbəbi müəyyən olunub. Şirkətin texniki heyəti həll üçün çalışır. Daha əvvəl də buna bənzər giriş çətinlikləri yaşanıb, qısa müddətli kəsintilər baş verib.
Alternativ axtarışlar artıb.
Kəsinti vaxtı istifadəçilər sosial şəbəkələrdə reaksiyalarını bildiriblər. Google Trends məlumatına görə, “ChatGPT down” axtarışı artıb.
İstifadəçilərin alternativ olaraq Perplexity, Claude və Google Gemini kimi digər süni zəka alətlərinə yönəldiyi görünür.
ChatGPT-nin gündəlik iş axınında geniş istifadə olunduğu nəzərə alındıqda, kəsintinin milyonlarla istifadəçiyə təsir etdiyi düşünülür.
TRT HABER
Şehrin Musayeva