CHP İstanbul İl Başkanlığı binasını bağlayır
CHP məhkəmə qərarı ilə partiyanın İstanbul il rəhbərliyinə təyin olunan Gürsel Tekinin binaya daxil olmasından sonra bu ofisi bağlamaq qərarına gəlib.
Partiyadan verilən açıqlamada yeni il binasının ünvanının İstanbul Valiliyi və Ali Məhkəməyə (Yargıtay) bildirildiyi qeyd olunub. CHP Qrup Sədr Müavini Murat Emir, hazırkı binanın bundan sonra Özgür Özəlin İstanbuldakı iş ofisi olaraq təyin edildiyini açıqlayıb. Emir Tekini nəzərdə tutaraq deyib: “Bu gündən etibarən orada olan şəxs CHP İstanbul İl Təşkilatında deyil, birbaşa CHP Başqanının iş ofisini zəbt edir. Eyni şəkildə polis də Başqanımızın iş ofisini mühasirəyə alıb”.
BBC News
Səmayə Səftərova