CHP İstanbul İl Konqresinin ləğv edilməsi
Ankara Üçüncü Asliye Hüquq Məhkəməsi CHP-nin İstanbul İl Konqresinin ləğvi ilə bağlı açılan iddianı əsasdan rədd edib.
Beləliklə, məhkəmə qərarı ilə Gürsel Tekinin CHP İstanbul İl Təşkilatının rəhbərliyinə təyin olunması prosesində yeni bir mərhələyə keçilib. Məhkəmə il rəhbərliyi əleyhinə açılan iddianı “passiv düşmənçilik olmadığı üçün” rədd edib və 2023-cü ilin oktyabrında keçirilmiş CHP İstanbul İl Konqresinin ləğv olunması tələbi ilə bağlı iddianı da rədd edib. Həmçinin məhkəmə CHP-nin 2023-cü ilin noyabrında keçirilmiş 38-ci Qurultayının ləğvi ilə bağlı açılan iddianı da “eyni iddianın daha əvvəl açılmış olması” səbəbilə prosedur baxımından rədd edib.
BBC NEWS
Səmayə Səftərova