CHP Qurultay davası: Kılıçdaroğlu cəbhəsi necə hazırlaşır?
CHP-nin 38-ci Olağan Qurultayının ləğvi tələbi ilə açılan iş üzrə növbəti məhkəmə iclası 15 sentyabrda keçiriləcək.
Dava ilə bağlı ehtimallar, hüquqi tərəfdən çox, "siyasi qərarın çıxacağı" yönündədir və buna görə də Ankarada 38-ci Qurultayın ləğv olunması yüksək ehtimal hesab olunur. Belə bir qərar həmin qurultayda başqanlıq kreslosunu itirən Kamal Kılıçdaroğlunun partiyanın başına yenidən keçməsinin yolunu aça bilər. CHP isə bu ehtimala qarşı bir yandan növbəti adi qurultay təqvimini işə salıb, digər yandan isə 21 sentyabr üçün deleqatların imzası ilə fövqəladə qurultay qərarı qəbul edib.
BBC NEWS
Səmayə Səftərova