Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Dreykin boğazında, Çilinin Antarktika ərazisinin yaxınlığında yerləşib. Yeraltı təkanların ocağı təxminən 10,8 km dərinlikdə olub.
Çili Hərbi Dəniz Qüvvələrinin Hidroqrafiya və Okeanoqrafiya Xidməti (SHOA) sunami təhlükəsi elan edib.
SHOA sahilyanı bölgələrdə yaşayan əhalini dərhal təxliyə etməyə çağırıb. Təxliyə zonalarına qayalı sahillər, su-bataqlıq ərazilər, çay mənsəbləri, dənizkənarı bulvarlar, piyada zonaları, marinalar, sahilyanı yollar, balıqçı limanları, dəniz limanları və körpülər daxildir.
Anadolu Agency
Ayan Əsgərova