00:00:00
Yazar
Güllər Gülhüseynova
23.03.2026 09:45 15 1 dəq oxuma
Dünya

Çin "CentiSpace-2" peyklərini kosmosa buraxıb

Çin "CentiSpace-2" peyklərini kosmosa buraxıb

Çin Sarı dənizdəki (Şandun əyaləti, Şərqi Çin) Haiyang kosmodromundan orbitə "CentiSpace-2" peyklər qrupunu buraxıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

 

Buraxılış 22 mart bazar günü, Pekin vaxtı ilə saat 23:49-da "Jielong-3" (və ya Smart Dragon-3) raket daşıyıcısı vasitəsilə həyata keçirilib. 

 

"CentiSpace" kosmik gəmiləri aşağı Yer orbitindən qlobal naviqasiya peyk sistemləri üçün genişləndirmə xidmətləri göstərmək üçün hazırlanıb.

#peyklərini #yeni #azərbaycan #gündəm #çin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər