00:00:00
Yazar
Admin User
22.08.2025 10:05 96 1 dəq oxuma
Dünya

Çin liderindən İlham Əliyevə dəvət

Çin liderindən İlham Əliyevə dəvət

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində 20-dən çox ölkənin liderləri iştirak edəcək.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Çin xarici İşlər nazirinin köməkçisi Liu Bin bildirib.

 

Rəsmi sammitə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunduğunu açıqlayıb.


“Çin sədri Si Cinpin 20-dən çox xarici lider və 10 beynəlxalq təşkilatın rəhbəri ilə Hayhe çayının sahilində bir araya gələcək. Tədbirə Azərbaycan, Rusiya, Belarus, Hindistan, İran, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan, Monqolustan, Ermənistan, Kamboca, Maldiv Adaları, Nepal, Misir, Türkmənistan, İndoneziya, Laos, Malayziya və Vyetnam liderləri dəvət olunub”, - o qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər