00:00:00
Yazar
Admin User
30.09.2025 06:39 89 1 dəq oxuma
Dünya

Çin məhkəməsi 11 nəfəri ölüm cəzasına məhkum edib

Çin məhkəməsi 11 nəfəri ölüm cəzasına məhkum edib

Çinin Vençjou Xalq Aralıq İnstansiya Məhkəməsi Kokkanqdan (Myanma) olan nüfuzlu Min ailəsinin üç üzvünü səkkiz nəfər ortaqları ilə birlikdə ölüm cəzasına məhkum edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Associated Press" məhkəmə instansiyasına istinadən məlumat yayıb.

 

Onlar qanunsuz qumar oyunları təşkil edən cinayət sindikatında iştirakda ittiham olunurlar.

 

Ailə 1,4 milyard dolları aşan dələduzluq əməliyyatları ilə məşğul olub, həmçinin ailə üzvləri "itaət etməyən işçiləri" öldürüblər.

 

Məhkəmə, həmçinin daha beş nəfər təqsirləndirilən şəxsə iki il təxirə salınmaqla ölüm hökmü çıxarıb. Daha 12 nəfər beş ildən 24 ilədək həbs cəzası alıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər