Çin TikTok razılaşmasını qələbə adlandırıb
TikTok üzərində çoxdan gözlənilən razılaşma yaxın ola bilər. ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin cümə günü şərtləri müzakirə etməyə hazırlaşır.
Həftə ərzində hər iki tərəfin yüksək səviyyəli rəsmiləri “çərçivə” razılaşmasına nail olublar.
Məlumatlara görə, bu razılaşma TikTok-un ABŞ-də ki, əməliyyatlarının bir qrup Amerika şirkətinə satılmasını nəzərdə tuta bilər.Əgər razılaşma baş tutarsa, bu, bir ekspertin sözləri ilə desək, ABŞ-Çin ticarət danışıqlarında “nadir irəliləyiş” olacaq – və illərdir gündəmi zəbt edən bir məsələni həll edəcək.
Mütəxəssislər BBC-yə danışaraq yekun razılaşmanın TikTok-un 170 milyon ABŞ istifadəçisi üçün nə ifadə edə biləcəyini və Pekinin qarşılığında nə əldə edə biləcəyini izah ediblər.
BBC
Səadət Əlizadə