00:00:00
Yazar
Admin User
12.08.2025 06:21 80 1 dəq oxuma
Dünya

Çin və ABŞ tariflərin dayandırılmasını 90 gün uzadıb

Çin və ABŞ tariflərin dayandırılmasını 90 gün uzadıb

 

Stokholmdakı (İsveç) danışıqlardan sonra Pekin və Vaşinqton avqustun 12-də başa çatacaq tarif fasiləsini daha 90 gün uzatmaq barədə qarşılıqlı razılığa gəliblər.

 

"İnformator.az" TASS agentliyinə istinadən xəbər verir ki, tərəflərin birgə bəyanatını Çin Ticarət Nazirliyinin mətbuat xidməti dərc edib.

 

Bəyanatda qeyd olunur ki, ABŞ və Çin rüsumların hesablanmasında dəyişiklik etmək və 24 faizlik tariflərin tətbiqini daha 90 gün dayandırmaq, qalan 10 faizlik tarifləri saxlamaqla bağlı öhdəlik götürüblər.


Məlumat üçün əlavə edək ki, ABŞ və Çin arasında baş tutan Stokholm danışıqları mübahisələrin həllinə və iki ölkə arasında ticarət müharibəsinin daha da genişlənməsinin qarşısının alınmasına yönəlmiş yüksəksəviyyəli ticarət məsləhətləşmələrinin üçüncü raundu idi.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər