Çin və Azərbaycan əməkdaşlığını genişləndirir
Azərbaycan və Çinin PowerChina Resources Ltd şirkəti arasında bərpa olunan enerji layihələrinin inkişafı müzakirə olunub.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, bərpa olunan enerji sahəsində Çin şirkətləri üstün mövqeyə malikdir:
“İstər günəş, istərsə də külək enerjisi avadanlıqlarının istehsalı sahəsində Çin şirkətlərinin texnoloji və keyfiyyət üstünlükləri var. Üstəlik bu texnologiyalar Avropa ölkələri ilə müqayisədə daha ucuzdur. Bu səbəbdən Çin şirkətləri ilə əməkdaşlıq Azərbaycanın bərpa olunan enerji potensialının genişlənməsinə mühüm töhfə verə bilər. Azərbaycanın bu sahədə geniş müqavilə öhdəlikləri də mövcuddur. Ölkəmiz Avropa məkanında, Qara dəniz vasitəsilə elektrik xətlərinin çəkilməsi layihəsinin əsas iştirakçılarından biridir. Alternativ enerji istehsalı artdıqca, nəticə etibarilə Azərbaycanın enerji ixracı potensialı da yüksələcək”.
Günel Əlili