00:00:00
Yazar
Admin User
01.09.2025 15:18 66 1 dəq oxuma
Dünya

Çin Xalq Respublikasının Sədri: ŞƏT hegemonluq və güc siyasətinə qarşı effektiv qüvvəyə çevrilib

Çin Xalq Respublikasının Sədri: ŞƏT hegemonluq və güc siyasətinə qarşı effektiv qüvvəyə çevrilib

Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) hegemonluq və güc siyasətinə qarşı çıxan, çoxtərəfliliyi, beynəlxalq bərabərlik və ədaləti dəstəkləyən effektiv qüvvəyə çevrilib. O, çıxışını Çin Xalq Respublikasının Tyanjin şəhərində keçirilən ŞƏT Dövlət Başçıları Şurasının 25-ci sammitinin açılışında edib.

 

Çin lideri vurğulayıb ki, təşkilat yarandığı vaxtdan bəri çoxtərəflilik ruhunda fəaliyyət göstərir, intensiv məsləhətləşmələr və faydaların bölüşdürülməsi əsasında qlobal idarəetmə qurur. “ŞƏT dünyada bərabərlik və ədaləti müdafiə etməklə yanaşı, sivilizasiyaların inklüzivliyini və qarşılıqlı öyrənməsini dəstəkləyir”, – deyə Çin Xalq Respublikasının sədri qeyd edib.

 

Si Cinpin təşkilata üzv ölkələri mövcud fərqləri aradan qaldırmağa, əməkdaşlıq və həmrəyliyi gücləndirməyə, bərabər hüquqlu çoxtərəfli dünyanı və inklüziv iqtisadi qloballaşmanı dəstəkləməyə çağırıb.

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər