00:00:00
Yazar
Admin User
08.09.2025 17:24 91 2 dəq oxuma
Siyasət

Çin Yeni Dünya siyasi nizamında öz qütbünü formalaşdırır

Çin Yeni Dünya siyasi nizamında öz qütbünü formalaşdırır

 

Son illərdə Çin həm hərbi gücünü, həm də diplomatik mövqeyini gücləndirir. Pekində keçirilən parad və təqdim edilən modern silah sistemləri Qərb ölkələrinə mesaj verir: Çin artıq yalnız regional güc deyil, qlobal siyasətdə də əsas rol oynayır. Bu vəziyyət ABŞ və digər Qərb ölkələri ilə strateji rəqabəti dərinləşdirir, Asiya–Sakit okean bölgəsində yeni balansın formalaşmasına təsir edir.

 

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə "İnformator.az"a açıqlamasında bildirib ki, Çinin keçirtdiyi hərbi parad, həm Qərbə, həm də ABŞ-yə güclü mesaj idi:

 

"Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısından sonra Çinin keçirdiyi hərbi parad, təbii ki, həm Qərbə, həm də ABŞ-yə güclü mesaj idi. Bu proseslərlə Çin açıq şəkildə göstərmək istəyir ki, o, yeni dünya siyasi nizamında artıq öz qütbünü formalaşdırır. Çin əsasən Şərq istiqamətində hərbi, iqtisadi və siyasi güc mərkəzinə çevrilməyə çalışır. Rusiya–Ukrayna müharibəsi də Çinin beynəlxalq müstəvidə yeni qütb kimi qəbul edilməsini sürətləndirdi və proseslər bu istiqamətdə davam edir. ABŞ və Çin arasında xüsusilə Sakit okean hövzəsində siyasi və hərbi rəqabət hökm sürür. NATO isə artıq təkcə Qərb alyansı çərçivəsindən çıxaraq, geosiyasi təsir zonasını genişləndirmək istiqamətində Sakit okean regionunda mövqeyini gücləndirməyə çalışır. ABŞ-nin yaratdığı yeni proqrama Yeni Zellandiya, Cənubi Koreya və Yaponiya da daxildir ki, bunların hər biri Çinin geosiyasi mövqeyini zəiflətməyə yönəlmiş addımlardır.

Çin bu təzyiqləri neytrallaşdırmaq üçün parad zamanı ballistik nüvə raketlərini nümayiş etdirdi. Bu, həm Qərbə meydan oxumaq, həm də Çinin güclənən təsir zonasını qəbul etməyə çağırış idi. Pekin açıq şəkildə göstərir ki, artıq Çinlə hesablaşmaq lazımdır; Çin öz geosiyasi mövqeyini gücləndirəcək və ABŞ-lə hərbi müstəvidə rəqabət aparacaq".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər