00:00:00
Yazar
Admin User
06.07.2025 09:15 125 1 dəq oxuma
Dünya

Çində iyirmiyə yaxın uşaq qurğuşundan zəhərlənib

Çində iyirmiyə yaxın uşaq qurğuşundan zəhərlənib

Çinin Qansu əyalətində özəl uşaq bağçasında azı 19 uşaq qurğuşundan zəhərlənib.

"İnformator.az" bu barədə "China News Weekly" nəşrinə istinadla xəbər verir.

İlkin məlumata görə, zəhərlənmə qida əlavələrinin qatılması səbəbindən baş verib. Uşaqlar uzun müddət davam edən zəhərlənmə simptomları (ürəkbulanma, ishal, mədə spazmaları və ayaq ağrıları) ilə sonra xəstəxanaya yerləşdiriliblər.

 

Həmçinin, uşaqların qanında qurğuşun səviyyəsi 379 mkq/l-ə çatıb, halbuki norma 250 mkq/l hesab olunur.

Nəşrin məlumatına görə, uşaq bağçasının müdiri cinayət məsuliyyətinə cəlb edilib. Bildirilir ki, hazırda müəssisədə hadisənin səbəblərini müəyyən etmək üçün qrup yaradılıb.

Lakin qida əlavəsinin tərkibindəki konkret maddə haqqında hələlik məlumat yoxdur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər