00:00:00
Yazar
Admin User
05.09.2025 19:26 146 1 dəq oxuma
Siyasət

Çində keçirilən "SCO Plus" sammitində Əliyevin çıxışı diqqət çəkib

Çində keçirilən "SCO Plus" sammitində Əliyevin çıxışı diqqət çəkib

Çinlə əlaqələrin (iqtisadi, siyasi, mədəni, ticari və s.) yüksək səviyyəyə çatmasını, qlobal təşəbbüslərə dəstəyini, regionda sülh və təhlükəsizliklə bağlı sabitliyin qorunmasını qeyd edib


Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, 20-dən çox dövlətin iştirak etdiyi əhəmiyyətli bir tədbir olub:

 

"Prezident Əliyevin çıxışında, xüsusilə, Çinlə əməkdaşlıq, Çinin hal-hazırki dünya siyasi, iqtisadi sistemindəki rolu, Orta yolun əhəmiyyətindən danışılıb".

"Azərbaycan həm Avropa ittifaqıyla, həm də Çağatay Əməkdaşlıq Təşkilatıyla yüksək səviyyədə iş birliyindədir. Orta yolun isə əhəmiyyəti böyükdür, çünki bu yolun inşasında Azərbaycanın müstəsna rolu var. Bu yol Çin və Avropa üçün önəmli ticarət yoludur. Çıxış Azərbaycanın digər beynəlxalq qurumlarla (BMT, NATO və s.) olan münasibətlərinə heç bir xələl gətirmir. Coğrafi mövqeyimizdən asılı olaraq həm Asiya, həm də Avropadakı qurumlarla əməkdaşlıq etməmiz çox normaldır. Hər iki istiqamətdə müsbət təşəbbüsləri dəyərləndirir və əməkdaşlıq imkanlarından faydalanırıq. Biz iqtisadi, ticari, logistik əlaqələri bir çox dövlətlərlə qururuq. Bu addımlar məqsədyönlüdür və bütünlükdə Azərbaycanın güclənməsinə xidmət edir".


Aygül Alıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər