00:00:00
Yazar
Admin User
04.10.2025 18:52 153 1 dəq oxuma
Dünya

Çində qırmızı təhlükə elan edilib

Çində qırmızı təhlükə elan edilib

Çində ölkənin cənub və cənub-qərb bölgələrinə təsir edəcəyi gözlənilən “Matmo” qasırğasının səbəb ola biləcəyi mümkün daşqınlar və fəlakətlərlə bağlı qırmızı təhlükə elan edilib.

 

"İnformator.az"xəbər verir ki, bu barədə “Sinxua” Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Haynan adasının Haykou və Vençan şəhərlərində dərs və iş yerlərinin, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin hava limanında gözlənilən uçuşlar da ləğv edilib

 

Sözügedən bölgədə bu gün qatarların da fəaliyyəti bir günlük dayandırılıb.

 

Qeyd edək ki, hava limanında ləğv edilən reyslərin oktyabrın 5-i saat 20:00-da (Bakı vaxtı ilə 16:00) bərpa ediləcəyi gözlənilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər