Çindəki tədbir Avropa təhlükəsizliyinin dəyişdiyini göstərib
Bu həftə Rusiya prezidenti Vladimir Putin Ukrayna və onun Avropalı müttəfiqlərinə aydın mesaj verdi: Moskva davam edə bilər, çünki bizim güclü dostlarımız var.
Rusiya lideri Çində keçirilən müxtəlif tədbirlərdə ona Ukraynaya qarşı müharibəsini onun qədər uzun müddət və amansızlıqla aparmağa imkan verən adamlarla çiyin-çiyinə dayanıb: Çin lideri Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, İran prezidenti Məsud Pezeşkian və Şimali Koreya lideri Kim Çen In.
Putinin bir vaxtlar daha kiçik və zəif qonşusunu tez bir zamanda ələ keçirəcəyini düşündüyü üç ildən artıq müddətdə Rusiya Çin və Hindistan pulları, İran silahları və daha az dərəcədə Şimali Koreyadan gələn işçi qüvvəsi olmadan mübarizəni davam etdirə bilməyəcək.
Lakin bu həftə Çinin ev sahibliyi etdiyi həm sammitdən, həm də hərbi paraddan gələn mesajlar Ukraynadakı müharibədən xeyli kənara çıxıb.
CNN
Cavahir Əsgərbəyli