Çindən etiraz: Yaponiya suyu okeana buraxmamalıdır
Çin Fukusima stansiyasından çirklənmiş suyun okeana axıdılmasına etiraz edib.
İnformator.az xəbər verir ki, bu ölkənin Yaponiyadakı səfiri Vu Tszyanqao rəsmi Tokionu planı dərhal dayandırmağa çağırıb. Bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatı planın icrası üçün yaşıl işıq olmamalıdır. Qeyd edək ki, Yaponiya hökuməti zəlzələ və sunami nəticəsində zədələndikdən sonra Fukusimada nüvə yanacağını soyutmaq üçün istifadə olunan və 500 olimpiya stadionu ölçüsündə hovuzu doldurmağa kifayət edəcək suyu okeana axıtmağı planlaşdırır. Onlar suyu təmizlədikləri üçün prosesin təhlükəsiz olduğunu bildirirlər. Nüvə agentliyinin hesabatı da suyun ətraf mühitə cüzi təsir göstərəcəyini deyir:
“Belə uzun müddətli prosesə kim nəzarət edəcək, necə nəzarət olunacaq və monitorinqin etibarlılığına necə təminat veriləcək? Bu məsələlərin heç biri tam həll olunmayıb. Bizim xahişimiz çox sadədir - Yaponiya suyu okeana buraxmaq planını dayandırmalı, beynəlxalq ictimaiyyətlə danışıqlar aparmalı və bütün tərəflərin razılaşdırıldığı elmi, təhlükəsiz və şəffaf üsul tapmalıdır”.
Leyla
