00:00:00
Yazar
Admin User
17.12.2025 17:29 97 2 dəq oxuma
Siyasət

Çinin yeni təyyarədaşıyan gəmisi "Fujian" ABŞ-lə yarış başladır?

Çinin yeni təyyarədaşıyan gəmisi "Fujian" ABŞ-lə yarış başladır?

 

Çin üçüncü təyyarədaşıyanı “Fujian”ı dənizə buraxaraq donanmasının gücünü artırıb, lakin dizel mühərriki və liman infrastrukturu onun əməliyyat çevikliyini məhdudlaşdırır. ABŞ-nin nüvə təyyarədaşıyanları ilə müqayisədə texnoloji və döyüş təcrübəsində fərqlər qalır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Fuad Heydər bildirib ki, “Fujian”-nın istismara verilməsi Çinin Sakit okeanın qərb hissəsində güc proyektinin imkanlarını artırır:

“Xüsusilə Cənubi Çin dənizi və Tayvan Boğaz ətrafındakı Pekinin hərbi mövcudluğunu daha davamlı etməyə xidmət edir. Bununla belə gəminin dizel mühərriki ilə işləməsi logistika və əməliyyat radiusunun, ABŞ-nin nüvə tərəfdaşları ilə müqayisədə məhdud olmasını göstərir ki, Çin qlobal deyil, regional dəniz gücünü, statusunu möhkəmləndirməyə çalışır. Buna baxmayaraq, Fujian Asiya, Sakit okean regionlarında ABŞ, Müttəfiqliyini, Yaponiya, Cənubi Koreya və Avstriya üçün təbii ki, əlverişli strateji risk faktorudur və bu addım ABŞ-Çin münasibətləri mövcud olan strateji rəqabəti daha açıq hərbi müstəviyə yaxınlaşdırır. ABŞ hələ də, texnoloji üstünlüyün döyüş təcrübəsini qlobal bazardan qoruyur, yəni Fujian isə Çinin öyrənən donanma mərhələsinə çıxaraq, daha mürəkkəb dənizlə razılaşmağa yeni göstərir. Bu da Vaşinqtonun regionda hərbi mövzusunu artırmağa və təhlükəsizlik əməkdaşlığının güclənməsinə vadar edir. Tayvan kontekstində Fujian psixoloji və siyasi təzyiq aləti kimi daha böyük əhəmiyyət daşıyır. O hava üstünlüyü yaratmaq, blokada sənayesini dəstəkləmək və Çinin amfibiya əməliyyatlarını potensialı nümayiş etdirməyə çalışırlar. Ümumilikdə, füjanın dənizə buraxılması, Çinin ABŞ və dəniz gücünün bərabərlik yaratmasına, daha çox mövcud beynəlxalq dəniz nizamını meydana oxumaq cəhdi kimi dəyərləndirə bilmək olar və bu addım Asiya Sakit Okean regionunda təhlükəsizlik dilemmasını dərinləşdirir və eyni hərbi siyasi Rəqabətinin uzunmüddətli xarakter olacağını göstərir “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər