Cənubi Koreya ballistik raketləri sınaqdan keçirdiyinə görə Şimala “əvəzini çıxacağını” deyir
Cənubi Koreya prezidenti Yoon Suk-Yeol Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında bəyan edib ki, Şimali Koreya ballistik raket sınağı keçirməsinin "əvəzini ödəyəcək”.
İnformator.az xarici KİV-ə istinadən bildirir ki, Yonhap-ın xəbərinə görə, Cənubi Koreya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket sınağı keçirməsindən sonra açıqlama verib.
Hazırda NATO-nun toplantısı üçün Litvanın paytaxtı Vilnüsdə olan Yun raket sınağından sonra Cənubi Koreya Milli Təhlükəsizlik Şurasının (MTŞ) təcili iclasını keçirib. O, Şimali Koreyanın atdığı raketin "qanunsuz" olduğunu və bunun "əvəzini" ödəyəcəyini bildirib.
Yun Şimali Koreyanın nüvə fəaliyyətlərinə qarşı birgə hərəkət etmək üçün ABŞ və Cənubi Koreyanın yaradılması barədə razılığa gəldiyi Nüvə Məsləhət Qrupunun gücləndirilməsi əmrini verib.
Cənubi Koreya Baş Qərargahının açıqlamasında, Şimali Koreyanın paytaxt Pxenyandan yerli vaxtla saat 10:00 radələrində Yapon dənizi istiqamətində “uzaq mənzilli ballistik raket” atdığı qeyd edilib. Yaponiya Müdafiə Nazirliyi raketin Hokkaydo adasının şimalında və Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda 250 kilometr aralıda düşdüyünü açıqlayıb.
Aydan Qasımova
