Cənubi Koreya heç vaxt diplomatik tərəfdaş olmayacaq
Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyanı heç vaxt diplomatik tərəfdaş kimi qəbul etməyəcək. Pxenyan Cənubi Koreyanın sülh siqnallarını “aldadıcı” adlandırıb. Bu barədə KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Çjon bəyanat verib.
Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, Kim Yo Çjon ölkənin Xarici İşlər Nazirliyi rəsmiləri ilə keçirilən müşavirədə Seul hakimiyyətini sərt tənqid edib.
O bildirib ki, Cənubi Koreya sülh məsələsinə “aldadıcı yanaşma” nümayiş etdirir, həmçinin ABŞ-lə birgə hərbi təlimlər keçirərək ikiüzlü siyasət aparır.
Bundan əlavə, Kim Yo Çjon Cənubi Koreya prezidenti Li Çje Myonun “etimad və dözümlülük” barədə bəyanatlarını “boş xəyallar” adlandırıb və vurğulayıb ki, hakimiyyət dəyişikliyinə baxmayaraq, Seulun Pxenyana qarşı düşmən münasibəti dəyişməyib.
Anadolu Agency
Ayan Əsgərova