00:00:00
Yazar
Admin User
19.09.2025 17:30 64 1 dəq oxuma
Dünya

Cənubi Koreya Rusiyayla əlaqələri qorumaq niyyətindədir

Cənubi Koreya Rusiyayla əlaqələri qorumaq niyyətindədir

Cənubi Koreya hökuməti öz şirkətlərinin maraqlarını qorumaq üçün Rusiya ilə əlaqələri davam etdirmək niyyətindədir. Bu barədə respublikanın xarici işlər naziri Ço Hyun jurnalistlərə açıqlama verib.

 

Nazirin sözlərinə görə, Cənubi Koreya şirkətləri hələ də Rusiyada fəaliyyətini davam etdirdiyindən, Seul Moskva ilə kommunikasiya kanallarını açıq saxlayacaq.

 

Ço Hyun əlavə edib ki, Cənubi Koreya üçün Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq məsələsi də xüsusi maraq doğurur. O bildirib ki, Seul bu mövzudakı narahatlıqlarını Rusiyaya, o cümlədən BMT Baş Assambleyasının iclası çərçivəsində fürsət yaranarsa, birbaşa çatdırmağı planlaşdırır.


TASS

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər