00:00:00
Yazar
Admin User
01.10.2025 13:19 93 1 dəq oxuma
Dünya

Cənubi Koreyada hava limanının işçiləri tətil ediblər

Cənubi Koreyada hava limanının işçiləri tətil ediblər

Cənubi Koreyada hava limanının həmkarlar ittifaqı işçiləri iş saatlarının və şəraitin yaxşılaşdırılması tələbi ilə müddətsiz tətilə başlayıblar.


Yonhap xəbər agentliyinin məlumatına görə, təxminən 15 min hava limanı işçisini təmsil edən həmkarlar ittifaqlarının iştirakı ilə ölkə üzrə hava limanlarında tətillər keçirilib.


Yerli vaxtla səhər saat 6-da başlayan tətildə işçilər iş saatlarının və şəraitin yaxşılaşdırılmasını tələb ediblər.


Fəhlələr tələbləri yerinə yetirilənə qədər tətili davam etdirəcəklərini açıqlayıblar.


İşçilərin günün gec saatlarında paytaxt Seuldakı Gimpo Beynəlxalq Hava Limanında və İncheon Beynəlxalq Hava Limanında mitinqlər keçirməsi planlaşdırılır.


Haber global
Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər