00:00:00
Yazar
Admin User
03.06.2025 14:48 119 1 dəq oxuma
Dünya

Cənubi Koreyada Li Çje-myunun qələbəsi gözlənilir

Cənubi Koreyada Li Çje-myunun qələbəsi gözlənilir

 

Cənubi Koreyada keçirilən növbədənkənar prezident seçkilərində Liberal namizəd Li Çje-myunun qalib gələcəyi gözlənilir. Bu barədə çərşənbə axşamı KBS, MBC və SBS telekanallarının birgə təşkil etdiyi "exit-poll" sorğusunun nəticələrində qeyd olunub.

 

Sorğuya əsasən, Demokrat Partiyasının namizədi Li Çje-myun səslərin 51,7%-ni toplayaraq əsas rəqibi, mühafizəkar Kim Mun Suya (39,3%) əhəmiyyətli üstünlük göstərir.

 

Seçkilər, sabiq prezident Yun Sok Yolun qısa müddətli hərbi vəziyyət elan etməsindən sonra yaranan siyasi böhran fonunda keçirilib. Onun bu addımı geniş ictimai narazılığa səbəb olmuş və hakim "Xalq Gücü Partiyası" daxilində parçalanmaya yol açmışdı. Məhz bu səbəblər Li Çje-myunun nüfuzunu artırmış və seçkiöncəsi sorğularda onu önə çıxarıb.

 

Səsvermədə iştirak faizi demək olar ki, 80%-ə çatıb ki, bu da ölkə tarixində ən yüksək göstəricilərdən biri hesab olunur. Bu fakt seçicilərin sabitliyə olan böyük tələbatını əks etdirir.

 

Exit-poll nəticələri açıqlanan anda Demokrat Partiyasının qərargahında bayram ab-havası hökm sürüb və tərəfdarlar Li Çje-myunun adını səsləndirərək qələbəni qeyd ediblər. Əks tərəfdə, Kim Mun Sunun seçki qərargahında isə sükut və təəssüf hissi müşahidə olunub.

 

ANEWZ

Gülhüseynova Güllər

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər