00:00:00
Yazar
Admin User
09.10.2025 08:51 112 3 dəq oxuma
Siyasət

Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində mühüm irəliləyiş var

Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində mühüm irəliləyiş var

Davamlı sülh və uzunmüddətli sabitlik yalnız Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında daimi koordinasiya və əməkdaşlığın gücləndirilməsi ilə mümkün ola bilər.

 

Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, sülhün əldə edilməsi təkcə Cənubi Qafqaza, Azərbaycan-Ermənistan münasibətlərinə aid deyil:

 

“Dünyanın istənilən bir nöqtəsində əgər müharibə varsa, qaynar nöqtə varsa və həmin problem həll olunursa, sülh təmin olunursa, bu regional inkişaf, dövlətlər arasında əlaqələrin yaxşılaşdırılması, ticarət hüquqlarının artırılması kimi mühüm iqtisadi məsələlərin başlanmasını şərtləndirir. Yəni münaqişə varsa, münasibətlərin korlanmasi var, yolların bağlanması var, nəqliyyatın durması var, yox əgər sülh varsa, əməkdaşlıq üçün şərait formalaşır, yollar açılır, tranzit layihələr həyata keçirilir, iqtisadi məsələlər aktivləşir və beləcə bütün tərəflərdə öz ticarət imkanlarına və yaxud resurslarına uyğun olaraq həmin o layihələrdən qazanclı tərəflərə çevrilirlər. Ona görə də sülh prosesinin indi Cənubi Qafqazda müsbət nəticələnməsi sayəsində yolların açılması, dövlət arasında əlaqələrin bərpa olunması, alternativ tranzit layihələrə yaşıl ışıq yandırılması kimi müsbət nəticələr doğura bilər. Zəngəzur dəhlizi sülhü şərtləndirən amillərdən biridir. O təkcə Azərbaycan-Ermənistan arasında ticarət yollarını açmır, Azərbaycan-Ermənistan arasında iqtisadi əlaqələrin bərpasına kömək etmir. Bu dəhliz həmçinin beynəlxalq marşrut xəttinə çevrilə bilər. Biz bilirik ki, Zəngəzur dəhlizi orta kolidorun beynəlxalq bir marşrutudur. Zəngəzur dəhlizi vasitəsilə gedilən yol qısalqcaq, daşınmalarda daha az xərclər vədd edir. Buda bütün tərəflərə daha çox qazanmaq imkanı verəcək. Belə üstünlüklər vədd etdiyi üçün Zəngəzur dəhlizinin keçəcəyi ərazilər və o ərazilərə sahib olan dövlətlər əslində bir yerdən sonra sülhün yaradılmasının nə qədər önəmli olduğunu anlayacaqlar”.

 

Həmçinin şərhçi qeyd edib ki, TDT-nin üzvlərinə baxanda biz biz reallıqla qarşılaşırıq ki, coğrafiya olaraq Anadoludan başlayan Xəzər dənizini keçməklə Orta Asiyaya qədər, Türküstana qədər geniş bir coğrafiyani əhatə etməkdədir:

 

“Layihədə Ermənistan bu coğrafiyanın içində yer alır. Türkiyə ilə, Azərbaycan ilə həmsərhəddir və İranın şimal bölgələridə tamamilə etnik türklərin yaşadığı və Cənubi Azərbaycan faktorunun ön planda olduğu bir məkandır. Yəni Ermənistan tərəfi əslində Türk dünyasının tam mərkəzində yerləşir və nəzərə almaq lazımdır ki, Azərbaycan-Türkiyə istisna olmaqla, digər türk dövlətləri ilə də münasibətləri var. Hətta bəziləri ilə münasibətlərini iş səviyyəsindədə adlandırmaq olar. Qırğızıstanla, Özbəkistanla müəyyən dərəcədə əlaqələri var. Ona görə də indi Türk Dövlətləri Təşkilatı nəzdində və onun üzvləri kimi çıxış edən həmin Orta Asiya, Türküstan dövlətləri, Türk Cümhuriyyətləri indi Ermənistanı da bir növ etimadın yaranması məsələsində doğru olan yola gətirmək də önəmli bir aktora çevrilə bilər. Türk dövlətləri özləri arasında münasibətləri inkişaf etdirdikcə, Türk Birliyinin genişləndirdikcə zamanla Ermənistan görəcək ki, bu layihələr, qarşıya qoyulan məqsədlər təhdit yox, yeni əməkdaşlıq imkanları, yeni iqtisadi və sosial faydalar, həm də təhlükəsizlik məsələlərində Ermənistan üçün çağırışlar, yeni faydalar vədd edir. Zamanla artıq bu da sülhün həll edilməsi məsələsində bir alternativə çevrilə bilər”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər