00:00:00
Yazar
Admin User
08.09.2025 16:04 109 2 dəq oxuma
Siyasət

Cənubi Qafqazda sülh prosesi: ratifikasiya zərurəti

Cənubi Qafqazda sülh prosesi: ratifikasiya zərurəti

 Azərbaycan və Ermənistan arasında razılaşdırılmış addımların həyata keçirilməsi Cənubi Qafqazın ümumi inkişafına müsbət təsir göstərəcək və tərəflərin davamlı sülhə və ümumi rifaha yaxınlaşmasına kömək edəcək. Bu barədə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə bağlı Aİ-nin Avropa Şurasındakı nümayəndə heyətinin bəyanatında deyilib.

Bəyanatda qeyd olunub ki, ötən ilin martında sazişin mətni üzrə ikitərəfli danışıqların başa çatması 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması əsasında münasibətlərin tam normallaşması istiqamətində həlledici addımdır. Bəyanata Albaniya, Andorra, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monako, Moldova, Monteneqro, Norveç, Şimali Makedoniya, San-Marino, Serbiya, Ukrayna və Böyük Britaniya qoşulub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Fuad Həsənov bildirib ki, ratifikasiya hüquqi öhdəlik daşıyan sənəd olmalıdır:

 

“Beynəlxalq ictimaiyyətə əhəmiyyətli bir siqnal verilib. Xalqlar arasında davamlı sülhün qurulması deyilən bir anlayış var. Regionda münaqişədə olan tərəflər arasında davamlı sülhün qurulması üçün addımlar atılıb. Sülh razılaşması maraqlı güclərin müşahidəsi ilə baş verə bilər. Davamlı sülh daha geniş və detallı bir anlayışdır. Sülh prosesinin arzuolunan səviyyədə getməsi üçün tərəflər çox ciddi səy göstərib. Keyfiyyət baxımından bu məsələlər zaman tələb edib. Məsələnin təkcə hüquqi yox, həm də psixoloji tərəfləri vardır. Müharibə itkiləri asanlıqla deyiləcək itkilər deyil. Hər bir fərdin münaqişədən aldığı zərbələr, ‘mükafatı’ var. Sovet ailəsi ifadəsi altında ‘bizim aramızda sərhəd yoxdur’ fikirləri səslənib. Münaqişəli nöqtələr aydınlaşdırılmalıdır. Təhlükəsizlik riskləri ciddi şəkildə minimuma enə biləcək. Praktiki sülh mexanizmləri artıq işə düşə biləcək. Bu məsələlər asanlıqla yekunlaşa bilməz. Tərəflərin mətbuatında, mediasında bu tezislər geniş şəkildə ifadə olunacaq. Sazişin həyata keçirilməsi Cənubi Qafqazda iqtisadi inteqrasiya və regional əməkdaşlığa ciddi təsir göstərəcək. Çünki uzun müddətdir ki, heç bir sahədə əməkdaşlıq aparılmayıb. Hər iki ölkə təmaslı qonşuluqdadırlar. İqtisadi baxımdan səmərəlilik xatirinə birgə layihələr yarana bilər. Quru dəhlizlər yenilənə və bərpa oluna bilər. İnvestisiyalar qardaş ölkələrin yardımı ilə həyata keçiriləcək. Prosesin rəvan şəkildə müşahidə olunması regiona xarici investisiyaların cəlb olunmasına gətirib çıxaracaq. Cənubi Qafqaz vahid iqtisadi və təhlükəsizlik imkanına daxil ola bilər. Avropa ölkələrinin və digər dövlətlərin bəyanata qoşulması çox ciddi mesaj verib. Bu bəyanata qoşulanların sayı ciddi şəkildə arta bilər. Hazırda sülh çox vacib bir fenomendir. Yaxın qonşuluqda həll edilməmiş münaqişə ocağı ümumi regiona təhlükəsizlik risklərini artırıb. Kənar qüvvələrin regiona müdaxiləsini gücləndirib. Region inkişaf etmədən sanki ‘batmaz altıncı gəmi’ effekti ilə həyatını sürdürüb. Qlobal güclərin sülhün əldə olunmasındakı iştirakı tərəflər arasında məsuliyyət yaradıb".

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər