00:00:00
Yazar
Admin User
26.11.2024 18:28 294 1 dəq oxuma
İdman

Cristiano Ronaldodan Joze Mourinyo addımı!

Cristiano Ronaldodan Joze Mourinyo addımı!

 

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun sözlərinə Kriştiano Ronaldo biganə qalmayıb.

 

Al-Nasr forması geyinən Ronaldo, Mourinyonun mətbuat konfransında onunla bağlı açıqlamalarının yer aldığı videonu bəyənib.

 

Bu mövsüm Al-Nasr forması ilə 17 rəsmi oyunda iştirak edən Ronaldo, həmin qarşılaşmalarda 13 qol vurub və 3 asist edib.

 

Joze Mourinyo, Kayserisporla oyundan sonra Ronaldo ilə bağlı suala belə cavab verib:

“Ronaldo məsələsinə gəldikdə, bəlkə bir gün nahara gələ bilər. Çünki İstanbul, əslində, Səudiyyə Ərəbistanı ilə Portuqaliyanın tam ortasında yerləşir. Ola bilər ki, şəxsi jesti ilə köhnə dostunu görmək üçün bir gün buraya gəlsin. Mənim yaşadığım yerdə onunla nahar edə bilərik. Amma Fenerbahçədə oynamağı barədə sual verirsinizsə, onu yazanlar ya nə yazdıqlarını bilmirlər, ya da mənasız xəbərlər yazmaqdan zövq alırlar”.

 

Mənbə:Milliyət

Fatimə Abdulrəhimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər