“Dünya İsrail-İran gərginliyini azaltmaq üçün daha fəal olmalıdır”
“Dünya İsrail-İran gərginliyini azaltmaq üçün daha fəal olmalıdır”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə beynəlxalq ictimaiyyət İsrail və İran arasında artan gərginliyi azaltmaq üçün fəal addımlar atmalıdır.
O, bu fikirləri İndoneziya xarici işlər naziri Suqiono ilə keçirdiyi görüşdən sonra deyib:
“Yaxın Şərqdəki vəziyyət, o cümlədən Fələstin məsələsi və İsrailin İrana hücumu kimi ciddi problemlər yalnız danışıqlar yolu ilə həll olunmalıdır. Dünya bu istiqamətdə səylərini əsirgəməməlidir”, – deyə Lavrov vurğulayıb.
Xatırladaq ki, iyunun 13-də İsrail İranın nüvə proqramına qarşı “Rising Lion” əməliyyatına başlayıb. İran bir gün keçmədən cavab hücumu həyata keçirib. Növbəti günlərdə də hər iki tərəf qarşılıqlı zərbələr endirib. Tərəflər zərər və itkilərin məhdud olduğunu bildiriblər.
TASS
Fatimə Şahverdiyeva