00:00:00
Yazar
Admin User
22.09.2025 16:45 102 1 dəq oxuma
Dünya

Dünya liderləri BMT Baş Assambleyasında görüşüb

Dünya liderləri BMT Baş Assambleyasında görüşüb

 

Dünyanın ən böyük diplomatik tədbirlərindən biri olan BMT-nin 80-ci Baş Assambleyası 23–29 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək. Sessiya “Birlikdə daha yaxşı: Sülh, İnkişaf və İnsan Hüquqları naminə 80 il və daha çox” mövzusu altında baş tutacaq.

 

Baş Assambleya zamanı 150-dən çox dövlət və hökumət başçısı, minlərlə diplomat, QHT nümayəndəsi və jurnalist iştirak edəcək. İlk gün çıxış edəcək liderlər arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusilə Fələstin məsələsinə və İsrailin Qəzza və işğal altındakı ərazilərdə törətdiyi hücumlara diqqət çəkəcək. Prezident Ərdoğan 24 sentyabrda isə BMT İqlim Sammitində çıxış edəcək.

 

Sessiyada həmçinin Qəzza, Suriya və Livan daxil olmaqla regiondakı münaqişələr, humanitar böhranlar və beynəlxalq hüququn pozulması məsələləri müzakirə olunacaq. Fələstin Prezidenti Mahmud Abbas çıxışlarını video vasitəsilə edəcək, İsrailin baş naziri Benyamin Netanyahunun çıxışı isə sentyabrın 26-da baş tutacaq.

 

Bu il ilk dəfə BMT Baş Assambleyasına qatılacaq Suriya Prezidenti Əhməd Şaraa 1967-ci ildən bəri Suriya adından çıxış edəcək.

 

TRT XƏBƏR

Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər