00:00:00
Yazar
Admin User
22.09.2025 08:20 84 1 dəq oxuma
Dünya

Dünya liderləri BMT Baş Assambleyasında görüşür

Dünya liderləri BMT Baş Assambleyasında görüşür

Dünyadakı ən böyük diplomatik tədbirlərdən biri olan və üzv ölkələrin liderlərini bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası sabah Nyu-Yorkda başlayacaq.


BMT-nin Baş qərargahının yerləşdiyi Nyu-Yorkda hər il üzv ölkələrin dövlət və hökumət başçılarını bir araya gətirən Baş Assambleya bu il 23–29 sentyabr tarixlərində “Birlikdə daha yaxşı: Sülh, inkişaf və insan haqları üçün 80 il və daha artığı” mövzusu ilə keçiriləcək.


80-ci BMT Baş Assambleyasının açılışını Baş katib Antonio Quterreş edəcək. Bu il iclaslara isə tribunadakı çəkici əlində tutacaq Almaniyanın sabiq xarici işlər naziri Annalena Baerbock sədrlik edəcək.


Baş Assambleyaya təxminən 150-yə yaxın dövlət və hökumət başçısı, həmçinin çoxsaylı vitse-prezidentlər, nazirlər və bu nümayəndə heyətlərinə qoşulan rəsmi şəxslərdən ibarət minlərlə diplomat, vətəndaş cəmiyyəti nümayəndəsi və jurnalistin qatılacağı gözlənilir.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər