00:00:00
Yazar
Admin User
01.08.2023 14:25 375 2 dəq oxuma
Dünya

Dünya qlobal istiləşmə ilə üz-üzə

Dünya qlobal istiləşmə ilə üz-üzə

Son zamanlar dünyanın bir sıra nöqtələrində həddindən artıq isti günlər yaşanır. Bir çox ölkədə termometrlər 40 dərəcədən yuxarı temperaturu göstərib. Dünyanın bir çox yerində həddindən artıq isti hava dalğaları, ölümcül daşqınlar və meşə yanğınları yaşanır. Bütün dünyada eyni vaxtda baş verən isti dalğaları bəzi ölkələrdə temperatur rekordlarını qırıb. May, iyun və iyul aylarında dəniz səthinin temperaturu rekord həddə çatıb, temperatur isə 1980-ci ildən bəri 6 dəfə artıb.


ABŞ-ın cənubunda, Şimali Amerikada, Asiyanın bəzi hissələrində, Şimali Afrikada və Aralıq dənizində, eləcə də Avropa qitəsində bu həftə temperatur 40 dərəcədən yuxarı olub. ABŞ-ın cənub bölgələrində həftələrdir davam edən isti hava dalğası ölkənin şimal ştatlarına yayılaraq 190 milyon insana təsir göstərib. Milli Meteoroloji Xidmət ölkənin şimal-şərq şəhərlərində, xüsusilə Boston, Nyu-York və Vaşinqtonda "son dərəcə isti hava" ilə bağlı xəbərdarlıq edib. Çikaqo, Nyu-York və Filadelfiya da daxil olmaqla, ölkənin ən böyük şəhərlərində istidən zərər çəkənlər üçün ictimai kitabxanalarda və icma mərkəzlərində soyutma xidmətləri yaradılıb. Arizona ştatının Finiks şəhərində 28 gün fasiləsiz olaraq 43 dərəcə, Mayamidə isə 46 gün və El Paso, Texasda 42 gün 38 dərəcə tempratur qeydə alınıb. Rəsmilər həmçinin Kaliforniya, Aydaho, Montana və Nevada ştatlarında yüksək tempratur, külək və aşağı rütubət səbəbindən meşə yanğınları təhlükəsinə dair sos veriblər.


İordaniyanın Otel Assosiasiyasının məlumatına görə, son qlobal isti dalğası və görünməmiş yüksək temperatur İordaniyanın məşhur Ölü dəniz kurortlarında rezervasiyaları 20 faizə qədər azaldıb. İstilər səbəbindən otel rezervasiyaları bəzi ərazilərdə 55 faizə enib. Krallığın əsas turistik yerlərindən biri olan Ölü Dənizdə yaxın günlərdə temperaturun 41-43 dərəcə arasında olacağı proqnozlaşdırılır. İordaniya Otel Assosiasiyasının vitse-prezidenti Hüseyn Hilalatın sözlərinə görə, yüksək temperatur artıq insanları bura gəlməyə təşviq etmir. Çünki bu bəzən günəş yanıqlarına səbəb olur. Bəzən ziyarətçilər uşaqlarının və ya qocaların gün vurmasına məruz qalmasından narahat olurlar. Buna görə də onlar kondisionerli və ya kölgəli yerlərdə olmağı üstün tuturlar. Ona görə də son vaxtlar yüksək temperatur səbəbindən gözlənilən tələbat yoxdur. Ölü dənizdə gözlənilən rezervasiya faizi yüksək temperatur səbəbiylə təxminən 55 faizə düşüb.


Bundan əlavə, Antarktida dəniz buzları orta səviyyədən 17 faiz aşağı düşüb. iyun ayında Antarktida dəniz buzunun gündəlik miqdarı “görünməmiş” minimum səviyyədə qalıb. Avropa, ən sürətli istiləşən qitədir. Ümumdünya Mühafizə Təşkilatı və Kopernikin birgə hesabatına əsasən 1980-ci illərdən bu yana qitədə temperatur qlobal orta göstəricidən iki dəfə çox olub. Avropa yer üzündə ən sürətlə istiləşən qitəyə çevrilməkdədir. Burada hər 10 ildən bir havanın temperaturu 0,5 dərəcə yüksəlib.

Bənövşə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər