DÜNYA YENİDƏN BÖLÜNÜR
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli XV BRICS sammiti ilə bağlı maraqlı paylaşımı ilə diqqət çəkib.
Sosial şəbəkə platformasında “Yeni dünya nizamı: 1-ci dəstə - Braziliya, Çin, Rusiya, Hindistan, CAR, 2-ci dəstə - İran, Argentina, Səudiyyə, BƏƏ, Misir” yazan Əziz Əlibəyli İnformator.az.a açıqlamasında 2-ci dəstənin: İran, Argentina, Səudiyyə, BƏƏ, Misirin Qərbin əleyhinə birləşərək "Yeni dünya" yaradan ölkələrin siyahısı olduğunu iddia edib. Əziz Əlibəylinin sözlərinə görə, bu, dünyanın yenidən bölünməsinin şəklidir. “BRICS sammitində yeni mənzərə meydana çıxdı. Köhnə dünyanın BMT sisteminin aparıcı üzvləri Britaniyaya, Qərbi Avropaya göstərirlər ki, artıq sistem başqadır. Dünyanın Ukraynada savaşdığını və bu dövlətlərin isə birləşdiyi iddia edilir".
Qeyd edək ki, XV BRICS sammiti avqustun 22-dən 24-dək Yohannesburqda keçirilir. Avropa ölkələri isə bu ölkələrin birləşməyinə müdaxilə etməyi bacara bilmirlər.
ÇİNARƏ MURADOVA
