Dünyaca məşhur Massive Attack qrupu Spotify-ı boykot edir
Britaniyanın Massive Attack qrupunun qurucusu Daniel Ek'in müdafiə texnologiyaları şirkəti Helsing-in hərbi süni intellekt üzərindəki işinə sərmayə qoymasını boykot etmək üçün musiqilərini Spotify-dan çıxarıb.
Qəzzada fələstinlilərə qarşı davam edən soyqırıma etiraz olaraq İsrailin rəqəmsal yayım platformalarından əsərlərini silmək üçün "Soyqırım üçün Musiqi Yox" adlı mədəni boykot təşəbbüsünə qoşulan Massive Attack qrupu yeni addım atıb.
Qrup, Spotify-ın qurucusu Ek'in sədrlik etdiyi Helsing şirkətinə 600 milyon avroluq investisiya qoymasına reaksiya verib.
Qrup bununla bağlı açıqlamasında, "Şirkət rəhbərinin hərbi sursat (pilotsuz hava vasitələri), İHA və döyüş təyyarələrinə inteqrasiya olunmuş süni intellekt texnologiyası istehsal edən bir şirkətə etdiyi əhəmiyyətli sərmayə səbəbiylə Massive Attack bütün bölgələrdəki əsərlərinin Spotify-dan çıxarılmasını tələb edib."
Spotify-ın iqtisadi yükünün sənətçilərin üzərinə düşdüyünə diqqət çəkən qrup, bu investisiyaların sənətçilərə də mənəvi və əxlaqi yük qoyduğunu qeyd edib.
Bəyanatda aşağıdakılar yer alırdı: "Bəsdir. Başqa yol da mümkündür".
SPOTİFY VƏ HELSİNG'DƏN BƏYANAT
Digər tərəfdən, bir Spotify sözçüsü açıqlamasında Spotify və Helsing-in iki tamamilə ayrı şirkət olduğunu vurğuladı.
Qəzzaya hücumlarda Helsing'dən istifadə edilmədiyinə diqqət çəkən sözçü, şirkətin fəaliyyətinin Avropa və Ukraynaya yönəldiyini qeyd edib.
Helsing də açıqlama verərək, "Helsing texnologiyasının Ukraynadan kənarda istifadə edildiyinə dair dezinformasiyalar görürük. Bu məlumat doğru deyil" dedi.
Daniel Ekin rəhbərlik etdiyi Helsing şirkəti süni intellektlə dəstəklənən HX-2 İHA-ları ilə də tanınır.
Hürriyet
Samirə Allahverdizadə