00:00:00
Yazar
Admin User
22.08.2023 14:03 343 2 dəq oxuma
Dünya

Dünyada dizel yanacaq qıtlığı ARTIR

Dünyada dizel yanacaq qıtlığı ARTIR

Dünyada dizel yanacağının rekord qıtlığı yaşanır. Ehtiyatların hazırkı səviyyəsi iqtisadiyyatın tələbatını ödəməyə kifayət etmir. Qarşıdakı qış aylarında mövcud yanacağın çatışmazlığı hallarının baş verməsi gözlənilir.


Dünyada dizel yanacağı ehtiyatı indiyə qədərki ən aşağı səviyyədədir. Mövcud ehtiyat səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə bilər. Belə ki, aşağı səviyyədə olan dizel ehtiyatı qış mövsümündə istifadəyə kifayət etməyəcək. Mütəxəssislərin fikrincə təchizat yaranacaq hər hansı fasilə və ya tələbin gözlənilməz artımı kritik vəziyyətə səbəb olacaq. Bu zaman baş verəcək ehtimallar arasında dizelin qiymətinin sürətlə yüksəlməsi ilk pillədə dayanır. İqitsadçılar bazarda yaranan dizel qıtlığına səbəb amillər arasında Rusiyaya tətbiq edilən sanksiyaların da payının olduğunu qeyd edir.


Ekspert Fransizko Blanç hesab edir ki, əsas amil təbii qazın qiymətinin çox yüksək olmasıdır: “Digər faktor Rusiyaya qarşı sanksiyalardır. Bunun nəticəsində qaz tədarükündə problemlər yaranır. ABŞ İngiltərədən daha çox Rusiya və onun təbii ehtiyatlarına qarşı sanksiyalar tətbiq edən ilk ölkədir. Rusiya dizel də daxil olmaqla neft məhsulları ixracatında dünyada ikinci yerdədir. Beləliklə, hazırda çox problemlər yaşayacayıq. Düşünürəm ki, çox vacib mesajlardan biri də ixracı məhdudlaşdırmaq üçün addımlar atmayan ABŞ hökumətidir. Çünki Avropa yenə də mahiyyətcə sanksiyalar tətbiq etməyə çalışır. Soyuq qış günlərində Avropanın enerjiyə ehtiyacı var. Hamımız başa düşməliyik ki, yüksək qiymətlər heç kimə kömək etmir”.


Avropa və ABŞ-ın Atlantik sahillərində dizel çatışmazlığı daha çox yaşanır. Araşdırmalara əsasən Şimali və Qərbi Avropada dizel ehtiyatlarının yaxın aylarda kəskin azalacağı proqnozlaşdırılır. Vəziyyəti ağırlaşdıran amillərdən biri də neft emalı zavodlarının daha yüngül neft növlərinə keçməsidir. Bu keçid dizel yanacağının istehsalının azalmasına təsir edən əsas amillərdəndir. Analitiklər bildirirlər ki, Çinin yanacaq ixracına yeni kvotalar verməsinə baxmayaraq problem yaxın zamanda öz həllini tapmayacaq. Hətta tikinti sektorunda müəyyən problemlər  yaransa da, sözügedən yanacağa Çindən daxili tələb gözləniləndən yüksəkdir.


Enerji məsələləri üzrə ekspert Emin Qəribli deyir ki, bu günlərdə artıq neft və neft məhsulları sahəsində təzyiqlər var idisə, infliyasiya yaranırdısa, bu problemi həll etmək mümkün idisə, indi dizeldə yanacağı da yarada bilər: “Artıq biz Asiya ölkələrində narazılıqlarla rastlaşdıq. Bildiyimiz kimi, yükdaşımalar, iri tırlar məhz əsasən dizel yanacağıyla işləyirlər. Qıtlıq yarandığına görə narazılıqlar çoxalır. Bu da dünyada qiymət artımına təsir göstərəcək”.


Beləliklə, qlobal iqtisadiyyat qış mövsümü ərəfəsində dizel yanacağı ehtiyatlarının tarixi minimumuna yaxınlaşıb. Problemin həlli üçün addımlar atılmasa, dizeldən asılı olan xidmət sahələrində də qiymət artımı qaçınılmazdır.

 

Elbrus

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər