Dünyada kök uşaqların sayı ilk dəfə arıq uşaqlardan daha çoxdur
Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondundan (UNICEF) aparılan araşdırma dünyada ilk dəfə kök uşaqların sayının arıq uşaqlardan çox olduğunu üzə çıxarıb.
5-19 yaş arası hər 10 nəfərdən biri – təxminən 188 milyon uşaq və gənc – artıq çəkidən əziyyət çəkir.
Araşdırmaçılar bunun səbəbini ənənəvi qidalardan nisbətən ucuz və yüksək kalorili, həddindən artıq emal olunmuş qidalara yönələn qidalanma tərzinin yayılması ilə izah edirlər.
UNICEF hökumətləri uşaqları zərərli qidalardan qorumağa və həddindən artıq emal olunmuş qida sənayesinin siyasi qərarlara təsir etməsinin qarşısını almağa çağırır.
BBC News
Mehriban Baxışova