00:00:00
Yazar
Admin User
01.09.2023 14:45 355 2 dəq oxuma
Dünya

DÜNYANIN DANIŞDIĞI MENYU

DÜNYANIN DANIŞDIĞI MENYU

   Dünya bu menyudan danışır. Yaponiyanın Baş naziri Fumio Kişida nahar zamanı radioaktiv tullantılar nəticəsində zəhərli olduğu iddia edilən dəniz məhsullarını yeyib. Nazirin bu hərəkəti əhalinin narahatlığını aradan qaldırmaq üçün mesaj xarakteri daşıyıb. Bəs, 2011-ci ildə Çernobıldan sonra dünya tarixində ən dəhşətli nüvə fəlakəti yaşanan Fukusimada 12 ildən sonra toplanan suların okeana axıdılması nə dərəcədə təhlükəlidir?

   Yaponiyanın Fukusima Atom Elektrik Stansiyasında yığılan təmizlənmiş radioaktiv tullantı sularını dənizə axıtmağa başlaması bölgədə gərginliyi artırıb. Yaponiyanın baş naziri Fumio Kişida onu müşayiət edən nazirlərlə birlikdə Fukusima sahillərində saxlanılan dəniz məhsulları yeyərək əhaliyə mesaj ötürüb. Eyni zamanda ərzaq təhlükəsizliyi ilə bağlı da ciddi narahatlıqlar yaranıb. 2011-ci ildəki zəlzələdən sonra "Fukusima" Atom Elektrik Stansiyasında toplanan 1,34 milyon ton tullantı suyunun Sakit okeana axıdılmasına isə avqustun 24-dən başlanılıb.

   Ekoloq Sadiq Həsənovun sözlərinə görə, prosesin 2053-cü ilə qədər mərhələli şəkildə aparılması planlaşdırılır. “Atom elektrik stansiyasında uran 235 izotopundan istifadə olunub. Bildiyimiz kimi, bu çox zərərli maddədir. Həddindən artıq çox yayılma xüsusiyyətinə malikdir. Sürətlə və eyni zamanda uzun ömürlü bir kimyəvi maddə hesab olunur. Radioaktivdir və öz-özünə parçalanandır. Milyard illərlə yaşamaq müddəti var həmin uran 235-in. Əlbəttə böyük həcmdə çirklənmiş su Sakit Okeana axıdılsa, faciə yarana bilər. Hansı ki, bundan istifadə edərək Çin höküməti, Korea və Seulda da böyük etiraza səbəb olmuşdu. Yaponiya höküməti bu sulardan qurtulmaq üçün bu hərəkəti edib”.

   Tokio hökuməti Fukusimadakı çirkab sulardan 60-dan çox radioaktiv maddəni təmizləmək üçün filtrasiyadan istifadə edir. Yaponiya hökuməti iddia edir ki, su ümumiyyətlə radioaktiv maddələrdən azaddır və tərkibində yalnız hidrogen (tritium) izotopu var. BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi Yaponiyanın bu addımını təsdiqləsə də, Tokionun qonşuları klapanların açılmasına şiddətlə qarşı çıxıb. Çin şərq qonşusu Yaponiyadan bütün dəniz məhsulları idxalını dayandırıb. Pekin administrasiyası isə Tokionu okeanı öz kanalizasiyası kimi istifadə etməkdə günahlandırıb. Həmçinin bölgədə olan minlərlə balıqçı da etirazlarını bildiriblər. Siyasi şərhçi Əlimusa İbrahimovun sözlərinə görə, bu, təkcə iqtisadi məsələ deyil, həmçinin siyasi məsələdir. “Yaponiya Çinə qarşı tədbirlərində ABŞ ilə birlikdə hərəkət edir. Düşünürəm ki, Yaponiya ABŞ ilə birlikdə olmağın ziyanını çəkir. Bumeranq kimi iqtisadi vəziyyətdə Yaponiyaya qayıdır. Mən düşünmürəm ki, Yaponiyanın baş naziri Yaponiyanın dəniz məhsullarının dünya ölkələrində ixracına və yaxud da, Çinin ixracın davam etdirilməsinə şərait yaradacaq. Yaponiyada ixrac olunan dəniz məhsullarının qadağası Çində yeni bir bazar açır”.

   Tokio administrasiyası Sakit Okeana axıdılacaq suyun təhlükəsizlik standartlarına uyğun olduğunu vurğulayıb. Radiasiya aşağı səviyyədə yayıldığı üçün ekspertlərin əksəriyyəti bu maddələrin böyük miqdarda istehlak edilmədiyi təqdirdə təhlükə yaratmayacağını bildirirlər.

ARZU

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər