00:00:00
Yazar
Admin User
17.09.2025 17:18 45 1 dəq oxuma
Dünya

Dünyanın ən uzun aviareysi bu şəhərləri birləşdirəcək

Dünyanın ən uzun aviareysi bu şəhərləri birləşdirəcək

Çinin “China Eastern Airlines” aviaşirkəti dekabrın 4-dən etibarən dünyanın ən uzun aviareysinə start verəcək.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Çinin Şanxay və Argentinanın paytaxtı Buenos-Ayres şəhərləri arasında 20 min kilometr məsafəni əhatə edəcək uçuş 25 saat çəkəcək. Bu reys zamanı iki saat davam edəcək yeganə tranzit dayanacaq Yeni Zelandiyanın Oklend şəhərinin hava limanında olacaq. Əks istiqamətdə reys isə 29 saat davam edəcək.


Məqalədə qeyd olunur ki, yeni reys Şanxayın Asiya və Cənubi Amerika arasında cənub nəqliyyat qovşağı kimi rolunu gücləndirəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər