Daha bir ölkə Fələstin dövlətini tanıyacağını açıqlayıb
Belçika BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyır.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Maksim Prevost deyib.
O bildirib ki, bu qərar Fələstində, xüsusən də Qəzzada baş verən humanitar faciə fonunda və İsrailin beynəlxalq hüquqa zidd olaraq törətdiyi zorakılığa cavab olaraq qəbul edilib:
“Belçika Fransa və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi birgə diplomatik təşəbbüs çərçivəsində Fələstin dövlətini tanımaq niyyətindədir”.