00:00:00
Yazar
Nərmin Həşimova
10.05.2026 14:04 19 2 dəq oxuma
Siyasət

Dahi Şəxsiyyət, böyük irs- Heydər Əliyev

Dahi Şəxsiyyət, böyük irs- Heydər Əliyev

Hər il 10 may tarixində Azərbaycan xalqı müasir dövlətçiliyimizin memarı, Ümummilli Lider Heydər Əliyevin doğum gününü dərin hörmət və ehtiramla qeyd edir. Onun zəngin siyasi fəaliyyəti, uzaqgörən qərarları və xalqına bağlılığı Azərbaycanın inkişafında mühüm rol oynayıb. Heydər Əliyev təkcə bir dövlət xadimi deyil, həm də müstəqil Azərbaycanın qurucusu kimi tarixə həkk olunub. Onun rəhbərliyi dövründə ölkədə siyasi sabitlik təmin edilib, iqtisadi inkişafın əsası qoyulub, beynəlxalq əlaqələr gücləndirilib. Bu gün Azərbaycan onun müəyyən etdiyi strateji kurs üzrə uğurla irəliləyir.


Milli Məclisin deputatı Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, müasir Azərbaycanın inkişaf yoluna nəzər saldıqda aydın şəkildə görmək olur ki, bu uğurların əsasında Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən və məqsədyönlü siyasət dayanır:


“Ulu Öndərin formalaşdırdığı inkişaf strategiyası bu gün də uğurla davam etdirilir və ölkəmizin hərtərəfli tərəqqisinin əsasını təşkil edir. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır ictimai-siyasi böhranla üz-üzə qalıb. Daxili çəkişmələr, siyasi qeyri-sabitlik və idarəetmədəki ciddi problemlər ölkəni parçalanma təhlükəsi ilə qarşı-qarşıya qoyub. Məhz belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyi bərpa etdi, dövlətçiliyin əsaslarını möhkəmləndirdi və milli birliyi təmin edib. Onun həyata keçirdiyi siyasət nəticəsində 1994-cü ildə atəşkəs əldə olundu, ardınca isə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyulub. Ulu Öndərin müəyyən etdiyi strateji kursu bu gün İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, güclü liderliyi və praqmatik yanaşması nəticəsində Azərbaycan daha da güclənib, beynəlxalq aləmdə nüfuzunu artıb. Xüsusilə, 2020-ci ildə baş verən Vətən müharibəsi zamanı əldə olunan Qələbə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olub. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, milli qürurunun və birliyinin təntənəsi kimi yadda qalıb. Bu gün Azərbaycan yalnız regionda deyil, beynəlxalq münasibətlər sistemində də mühüm rol oynayan dövlətlərdən birinə çevrilib. Ölkəmiz enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi çıxış edir, iri nəqliyyat və logistika layihələri vasitəsilə qitələri birləşdirən körpü rolunu oynayır. Bütün bunlar Ulu Öndərin vaxtilə müəyyən etdiyi inkişaf strategiyasının nə qədər düzgün və uzaqgörən olduğunu bir daha sübut edir. Heydər Əliyevin zəngin siyasi irsi bu gün də aktualdır və gənc nəsil üçün mühüm örnəkdir. Onun fəaliyyəti göstərir ki, güclü dövlət quruculuğu üçün ən vacib amillər milli birlik, sabitlik, düzgün idarəçilik və strateji düşüncədir. Bu irsin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur. Nəticə etibarilə demək olar ki, Ulu Öndərin əsasını qoyduğu siyasi kurs Azərbaycanın bugünkü uğurlarının təməlini təşkil edir və bu kurs gələcək inkişafın da əsas istiqamətini müəyyənləşdirir”.


Cavahir Əsgərbəyli

#Heydər Əliyen #Öndər #10 may #Düha
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər