Davud Kərimi: Karyeramı dünya çempionu kimi bitirməyim möhtəşəm olardı
"Çox gözəl dünya çempionatı olub, hər şey möhtəşəm idi".
"İnformator.az" "Teleqraf"a istinadən bildirib ki, bunu açıqlamasında minifutbol üzrə Azərbaycan milli komandasının sabiq qapıçısı Davud Kərimi Bakıda keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib.
41 yaşlı qolkiper dünya çempionatının startı ərəfəsində yığma karyerasını bitirməsini Azərbaycan Minifutbol Federasiyasının (AMF) istəyi ilə əlaqələndirib: "Xeyirlisi nə idisə, o da oldu. Millidə oynamaq üçün təklif gözləyirdim, amma olmadı, sonra AMF-dən belə bir müraciət gəldi. Mən də mundial Bakıda keçirildiyinə görə milli karyeramı bitirmək qərarına gəldim. Amma dünya çempionu olaraq bitirmək möhtəşəm olardı. Klubumda çıxışımı davam etdirirəm. "Birbaşa"nın heyətində Çempionlar Liqasında iştirak edəcəyik".