00:00:00
Yazar
Admin User
30.10.2025 17:38 120 2 dəq oxuma
Dünya

Dayandırılan nüvə sınaqları həyata keçirilərsə, eyni şəkildə hərəkət edəcəyik

Dayandırılan nüvə sınaqları həyata keçirilərsə, eyni şəkildə hərəkət edəcəyik

Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, dayandırılmış nüvə silahı sınaqları həyata keçiriləcəyi təqdirdə, Rusiya da eyni şəkildə hərəkət edəcək.

 

Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada jurnalistlərə nüvə silahları ilə bağlı açıqlamalar verib.

 

O, ABŞ Prezidenti Donald Trampın Müdafiə Nazirliyinə (Pentaqona) “dərhal” nüvə silahı sınaqlarına başlanması barədə göstəriş verdiyini xatırladaraq, “Bu məsələ ilə bağlı moratorium mövcuddur”,- deyib.

 

Peskov Trampın digər ölkələrin nüvə silahı sınaqları keçirdiyini iddia etdiyini bildirib, lakin bu barədə Rusiyanın heç bir məlumata malik olmadığını qeyd edib.

 

O, Rusiyada nüvə enerjisi ilə işləyən buraxılış sisteminə sahib, limitsiz məsafəyə malik “Burevestnik” qanadlı raketi və “Poseydon” pilotsuz sualtı aparatının sınaqdan keçirildiyinə diqqət çəkib, lakin bunun “nüvə sınağı” hesab olunmadığını vurğulayıb.

 

Peskov deyib: “Hər bir ölkə öz müdafiə sistemlərini inkişaf etdirmək istiqamətində işlər aparır. ABŞ suveren dövlətdir və müstəqil qərarlar qəbul etmək hüququna malikdir. Ümid edirəm ki, Trampa Rusiyadakı sınaqlarla bağlı düzgün məlumat verilib. Bu, nüvə sınağı kimi qiymətləndirilə bilməz”.

 

Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı açıqlamalarını da xatırladan Peskov bildirib ki, dayandırılmış nüvə silahı sınaqları həyata keçiriləcəyi təqdirdə Rusiya da eyni addımlar atacaq: “Əgər kimsə moratoriumu pozarsa, Rusiya da bu halda eyni şəkildə hərəkət edəcək”.

 

Peskov əlavə edib ki, ABŞ-nin nüvə sınaqlarını yenidən başlatmaq planları barədə Rusiyaya rəsmi məlumat verilməyib və iki ölkə arasında yeni silahlanma yarışından söhbət gedə bilməz.

 

TRT XƏBƏR

Lalə Qurbanlı

 

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər