00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
05.11.2026 21:54 16 2 dəq oxuma
Siyasət

"Demokratlar aralıq seçkilərdən sonra qarşıdakı addımlarını müzakirə edirlər"

"Demokratlar aralıq seçkilərdən sonra qarşıdakı addımlarını müzakirə edirlər"

 

ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının əldə etdiyi qələbə partiya daxilində gələcək fəaliyyətlə bağlı müzakirələrə səbəb olub. Demokratlar seçicilərin onlara verdiyi dəstəkdən necə istifadə edəcəklərini və qarşıdakı iki ildə hansı məsələlərə üstünlük verəcəklərini müəyyənləşdirməyə çalışırlar.Seçkilərin nəticələrinə əsasən, demokratlar Konqresin həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlük əldə ediblər. Bu isə onlara Prezident Donald Trampın siyasətinə təsir göstərmək və administrasiyanın fəaliyyətinə daha ciddi nəzarət etmək imkanı yaradır. 

 

Partiya daxilində isə qələbənin hansı siyasi yanaşmanın nəticəsi olduğu barədə fikir ayrılıqları var. Bəzi demokratlar seçkilərdə sosial və iqtisadi problemlərə, səhiyyə xidmətlərinin əlçatanlığına və əhalinin xərclərinin azaldılmasına diqqət yetirməyin uğur gətirdiyini düşünürlər. Digərləri isə seçicilərin dəstəyini qazanmaq üçün daha çevik və fərqli siyasi mövqe nümayiş etdirməyin vacibliyini vurğulayırlar. 

 

ABŞ-nin keçmiş nəqliyyat naziri Pit Buttigic demokratları seçki vədlərini mümkün qədər tez həyata keçirməyə çağırıb. O, minimum əməkhaqqının artırılması, tibbi sığortanın genişləndirilməsi, uşaq müavinətlərinin artırılması və siyasi sistemdə islahatların aparılmasını təklif edib.Massaçusets ştatından senator Elizabet Uorren isə demokratların müəyyən qanun layihələri üzrə Tramp administrasiyası ilə əməkdaşlıq edə biləcəyini bildirib. Onun sözlərinə görə, səhiyyə, vergi siyasəti və uşaq qayğısı kimi məsələlərdə ortaq addımlar atmaq mümkündür. 

Bununla yanaşı, demokratların qarşısında ciddi çətinliklər də var. Donald Tramp prezident olaraq qalacağı növbəti iki ildə Konqresdən qəbul edilən qanunlara veto qoymaq hüququna malikdir. Buna görə də partiyanın seçki vədlərini həyata keçirməsi üçün Ağ Evlə müəyyən məsələlərdə razılığa gəlməsi lazım olacaq.

 

Demokratlar hesab edirlər ki, əsas məqsəd yalnız Tramp administrasiyasının qərarlarına qarşı çıxmaq deyil, həm də seçicilərin gündəlik həyatına təsir edən problemlərin həlli istiqamətində konkret addımlar atmaqdır. 

CNN XƏBƏR 

Ayan Məmmədzadə

#gündəm #baki #sonra #yeni #addımlarını
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər