00:00:00
Yazar
Admin User
29.08.2025 16:53 88 1 dəq oxuma
Dünya

Denizlidə meşə yanğını baş verib

Denizlidə meşə yanğını baş verib

Denizlinin Buldən rayonunda dünən meşəlik ərazidə başlayan və bu gün nəzarət altına alındıqdan sonra yenidən baş qaldıran yanğına müdaxilə edilir.


Çatak məhəlləsindəki meşəlik ərazidə hələ müəyyən olunmayan səbəbdən yanğın baş verib.


İhbar əsasında əraziyə Meşə Təsərrüfatı İdarəsinin və yanğınsöndürmə briqadalarının əməkdaşları cəlb olunub.


Alovlara havadan və qurudan müdaxilə davam edir.


Dünən Çatak məhəlləsində hələ dəqiq səbəbi bilinməyən meşə yanğını çıxıb, yanğın küləyin təsiri ilə Aydın vilayətinin Buharkent rayonunun Qızıldərə məhəlləsinə qədər yayılıb. Meşə Təsərrüfatı İdarəsi və yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə yanğın bu gün nəzarət altına alınıb.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər