00:00:00
Yazar
Admin User
28.10.2025 18:35 106 1 dəq oxuma
Dünya

Devlet Bahçeli: “Terrorun bitməsi ölkəmizə qalıcı bahar havası gətirəcək”

Devlet Bahçeli: “Terrorun bitməsi ölkəmizə qalıcı bahar havası gətirəcək”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli 29 Oktyabr Respublika Bayramı münasibətilə yazılı açıqlama verərək, terrorun tamamilə aradan qalxmasının Türkiyədə qalıcı sabitlik və rifah yaradacağını bildirib.

 

Devlet Bahçeli qeyd edib ki, “Terrorsuz Türkiyə” hədəfinin reallaşması ilə ölkə və millət daha çox əmin-amanlıq, sabitlik və rifahla yeni yüzilliyə möhür vuracaq. Onun sözlərinə görə, bölücü terror təşkilatının tamamilə zərərsizləşdirilməsi ölkəyə daimi bir bahar havası gətirəcək.

 

Bahçeli açıqlamasında Türkiyə Cümhuriyyətinin 102-ci ildönümünü böyük qürur və sevinc hissi ilə qeyd etdiyini bildirib. O, Cümhuriyyətin keçmişdən aldığı güclə gələcəyə daha möhkəm addımlarla irəlilədiyini və bu yolun xalqın birliyi ilə möhkəmləndiyini vurğulayıb. MHP lideri həmçinin bildirib ki, Prezidentlik İdarəetmə Sisteminin oturuşmuş strukturu dövlətin gücünə güc qatır. Yeni dövrdə milli birlik və həmrəylik anlayışının dərinləşdiyini deyən Bahçeli, ölkədə sabit və güclü idarəetmə modelinin gələcəyə inamı artırdığını söyləyib.

 

TRT Haber 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər