00:00:00
Yazar
Admin User
11.09.2025 17:34 129 1 dəq oxuma
Siyasət

'Dialoq üçün platforma olacağıq"

'Dialoq üçün platforma olacağıq"

ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycan arasında dialoq üçün bir platforma olacağıq. Bu barədə ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampyetro (Pere Joan Pons Sampietro) danışıb:

 

"Biz ATƏT Parlament Assambleyası olaraq gələn payız sessiyasında İstanbulda Ermənistan və Azərbaycan arasında dialoqu vurğulayacağıq və bunun üçün bir platforma olacağıq. Vaşinqtonda birgə bəyannamə imzalandıqdan sonra bizim alətə çevrilməyimiz, yəni onun icrasına dəstək olmağımız önəmlidir, bu mənada sizlərin ixtiyarındayıq. Bəlkə, bu il yox, amma proses (normallaşma prosesi – müəl.) daha pozitiv mərhələyə daxil olduqca inanıram ki, birlikdə işləyə biləcəyik və İstanbul görüşü də bu çərçivədə mühüm rol oynayacaq".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşmağa doğru gedib:

 

"Artıq avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanıb. ATƏT-in Minsk qrupu da sentyabrın əvvəlində ləğv olunub. Azərbaycan Assambleyası öz fəaliyyətini dayandırıb. Azərbaycana qarşı burada yalanlar uyduran deputatlar var idi. Düşünürəm ki, payız sessiyasında Azərbaycan nümayəndəliyi iştirak etməyəcək. Azərbaycanın münasibətdə ATƏT-in heç bir rolu yoxdur. Bu məsələ alınmayacaq. Nə Azərbaycan, nə də Ermənistan buna maraq göstərməyəcək. Biz Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə münasibətlər qurmuşuq. Azərbaycanın sonuncu tələbi odur ki, Ermənistan Konstitusiyasında dəyişiklik etsin. 2027-ci ildə bu məsələ referenduma çıxarılacaq".

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər