00:00:00
Yazar
Admin User
01.10.2025 11:31 346 1 dəq oxuma
Dünya

Dmitri Bıkova qiyabi hökm oxunub

Dmitri Bıkova qiyabi hökm oxunub

Moskvanın Çeremuşkinski Rayon Məhkəməsi yazıçı Dmitri Bıkovu Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaydığına görə qiyabi olaraq 7 il müddətinə həbs edib.

 

"İnformator.az" xəbər verir ki, məhkəmə Bıkovu təqsirli bilib və ona 4 il onlayn hesabların idarə edilməsinə qadağa qoyulmaqla cəzasını 7 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsində qiyabi azadlıqdan məhrum edib.


Qeyd edək ki, Bıkov Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin "d" bəndi (Rusiya Silahlı Qüvvələrinin istifadəsi ilə bağlı bilərəkdən yalan məlumatın açıq şəkildə yayılması) və Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi (Rusiya qanunvericiliyində nəzərdə tutulmuş xarici agentlərlə bağlı vəzifələrdən yayınma) ilə təqsirli bilinib. O, beynəlxalq axtarışa verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər