00:00:00
Yazar
Admin User
02.10.2025 17:41 82 1 dəq oxuma
Dünya

DMM İsrailə gedən ticarət gəmiləri iddialarını təkzib edib

DMM İsrailə gedən ticarət gəmiləri iddialarını təkzib edib

Prezident yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə yayılan “Türkiyədən İsrailə ticarət gəmiləri gedir” iddialarını yalanlayıb.

 

Məlumatda bildirilib ki, 2 may 2024-dən etibarən Türkiyə İsrail ilə bütün ixrac, idxal və tranzit ticarətini dayandırıb, İsrail bayraqlı və ya ona aid gəmilərin Türkiyə limanlarına girişi qadağan olunub.

 

Yalnız Fələstinə yardım və ticarət daşıdıqları rəsmi təsdiqlənən gəmilərə icazə verilir. Təlimata zidd hərəkət edən bəzi xarici gəmilərin Türkiyə limanlarına girişi qadağan edilib, hüquqi proseslər davam edir.

 

DMM bu iddiaların “Türkiyənin Fələstinə dəstəyini gözdən salmaq üçün aparılan qavrayış əməliyyatı” olduğunu vurğulayıb.

 

TRT Haber 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər