00:00:00
Yazar
Admin User
12.09.2025 17:26 40 1 dəq oxuma
Dünya

DMM "körpülər və magistral yollar satılır" iddialarını təkzib edir

DMM "körpülər və magistral yollar satılır" iddialarını təkzib edir

Dezinformasiya ilə Mübarizə Mərkəzi körpü və avtomobil yollarının satılacağı ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini, sözügedən məsələnin mülkiyyətin təhvil verilməsindən deyil, əməliyyat hüquqlarının təhvil verilməsindən əldə ediləcək gəlirlərdən olduğunu bildirib.

 

Magistral yolların və körpülərin "satışının" hüquqi baxımdan mümkün olmadığı vurğulanan bəyanatda: "Mülkiyyət dövlətdə qalır və yalnız onları idarə etmək və saxlamaq hüququ müəyyən müddətə özəl sektora verilə bilər. Bu praktika indiki hakimiyyətə xas deyil",-deyə qeyd olunub.

 

TRT xəbər
Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər